MƏLUMAT VƏ QULLUQ
Burada xalçaların hazırlanması, qulluq qaydaları, ödəniş və çatdırılma ilə bağlı məlumatları tapa bilərsən.
XALÇAYA QULLUQ
Xalçanı uzun müddət birbaşa günəş işığında saxlamaq rənglərin solmasına səbəb ola bilər. Təmizləmək üçün aşağı gücdə tozsorandan istifadə edə bilərsən. Xalçanı daim nəm olan yerlərdə saxlamağı məsləhət görmürük.
HAZIRLANMA MÜDDƏTİ
Hər xalça sifarişlə və əl ilə hazırlanır. Müddət dizaynın ölçüsü və detallılığından asılı olaraq dəyişə bilər. Hazırda fərdi sifarişlərin hazırlanma müddəti təxminən 4–6 həftədir. Xalça sənə müəyyən bir tarixə lazımdırsa, sifariş verəndə qeyd et. Çatdırmağın mümkün olub-olmadığını əvvəlcədən deyək.
ÖDƏNİŞ
Sifarişi təsdiqləmək üçün 50% ilkin ödəniş edilir. Qalan 50% xalça hazır olduqda ödənilir.
ÇATDIRILMA
Azərbaycan daxilində çatdırılma və studiyadan götürmə mümkündür. Azərbaycandan kənara da sifariş göndəririk. Beynəlxalq çatdırılmanın qiyməti və müddəti ölkəyə görə dəyişir. Sifariş zamanı ölkə və şəhəri qeyd et, çatdırılma ilə bağlı məlumatı dəqiqləşdirək.